Ru
18:37 / 11 Dekabr 2023

Sərnişinləri yolda qoyan sürücü barədə qərar verildi

Sərnişinləri yolda qoyan sürücü barədə qərar verildi
Eye

Bakıda sərnişinləri yolda qoyub özü taksi ilə gedən avtobus sürücüsü işdən çıxarılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “BakuBus” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib.

Qeyd edək ki, hadisə dekabrın 9-u gecə saatlarında baş verib. 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü avtobusu dayanacaqda saxlayıb, sərnişinləri düşürüb. Sürücü sərnişinlərə başqa bir avtobusun gələcəyini bildirib və ona minməyi tapşırıb.

Sonra sürücü avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və gedib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar