İsrailin Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir sıra ərazilərinə hava zərbələri endirib.
Bakupost.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı xəbər yayıb.
Məlumata görə, hədəflərdən biri şəhərin şimalındakı "Aş-Şifa" Tibb Mərkəzi olub.
Qəzza şəhərinin cənubundakı əl-Sabra yaşayış məntəqəsində bir evə hava hücumu nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.
Əlavə məlumat verilmir.
"Al Mayadeen" telekanalı da öz növbəsində Qəzzanın qərbində yerləşən Əş-Şati qaçqın düşərgəsinə zərbə endirildiyini xəbər verib.
Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq ölkənin hərbi qüvvələrinə Qəzza zolağına dərhal güclü zərbələr endirməyi tapşırıb.