Lerikdə rayonunda məktəbin həyətində yeznə qaynına hücum edərək ona bel ilə xəsarət yetirib.
Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Vılık kənd natamam orta məktəbinin həyətində baş verib.
Vılık kənd sakini, 56 yaşlı Bəşir İbadov məktəbdə gözətçi vəzifəsində iş başında olarkən, yeznəsi, 37 yaşlı Yusif Dövlətov ona hücum edib.
Yaxınlarının dediyinə görə, yeznə-qayın arasında mübahisə iş saatı üstündə yaranıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Bəşir İbadov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, hadisəni hüquq-mühafizə orqanları araşdırır.
Qeyd edək ki, artıq əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Yusif Dövlətov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: