ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin ilk dövrlərində İranın ali lideri li Xameneiyə məktub göndərərək, danışıqlar nəticə verməsə, hərbi addımlar atılacağı barədə xəbərdarlıq edib.
Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi Tehranda keçirilən dördüncü “Müasir İran Araşdırmaları üzrə Beynəlxalq Konfrans”da danışıb.
O, Trampın məktubunun həm təklif, həm də təhdid xarakteri daşıdığını vurğulayıb:
“Tramp səlahiyyətlərinin əvvəlində Xameneiyə məktub göndərmişdi. Məktubda bir tərəfdən danışıqlar təklif edilir, digər tərəfdən isə qeyd olunurdu ki, əgər bu dialoq nəticəsiz qalarsa, müharibə olacaq və buna hazırlaşmaq barədə məlumat vermişdi”.
İran rəsmisi qeyd edib ki, bu mesaj Vaşinqtonun Tehranla münasibətlərdə təzyiq siyasətinə əsaslandığını bir daha sübut edir.