Ru
10:10 / 31 İyul 2024

Haniyənin öldürülməsinə Ağ Evdən ilk açıqlama

Haniyənin öldürülməsinə Ağ Evdən ilk açıqlama
Eye

İranda Həmas lideri İsmayıl Haniyənin öldürülməsinə Ağ Evdən ilk açıqlama verilib.

Bakupost.az xarici mediada istinadən xəbər verir ki, Ağ Ev rəsmisinin açıqlamasında "İsmail Haniyənin İranda öldürüldüyü xəbərini gördük", deyərək bildirilib.

Məsələ ilə bağlı rəsmi şəxs ətraflı məlumat verməyib.

Qeyd edək ki, HƏMAS hərəkatı və İran İnqilab Keşikçiləri Korpusunun verdiyi yazılı açıqlamalarda Haniyənin Tehrandakı iqamətgahına İsrailin hücumu nəticəsində öldürüldüyü bildirilib.

İsrail ordusu Tehranda HƏMAS lideri İsmayıl Haniyə hücumu şərh etməkdən çəkinib.


Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar