Ru
12:40 / 06 Fevral 2026

Həmin şagirdin sinif yoldaşı: “Dünən liseydə dedi ki…”

Həmin şagirdin sinif yoldaşı: “Dünən liseydə dedi ki…”
Eye

Hazırda “İdrak” liseyinin darvazaları bağlıdır, kənar şəxslər içəri buraxmırlar.


Bakupost.az xəbər verir ki, “Yeni Sabah”ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qapı polis nəzarəti ilə açılır və liseyin həyətinə yalnız valideynlər və şagirdləri götürməyə gələn yaxınları buraxılır.

Şagirdlər evə göndərilir.

İçəridən çıxan şagirdlərin əksəriyyəti hadisənin şokundadır. Onlar danışmaq istəmirlər. Valideynlər isə güllələnmənin necə və nəyə görə baş verdiyi barədə məlumatsız olduqlarını bildirirlər.

Şagirdlərdən biri isə deyib ki, Ə.Ş. hadisəni əvvəlcədən planlaşdırmışdı.

“Dünən liseydə dedi ki, hadisə olacaq. Bu gün də belə etdi. Dərs oxuyan uşaq idi, amma narazı idi”, – həmin şagird bildirib.

Övladı “İdrak”da təhsil alan valideyn Aqşin Abdullayev isə deyib ki, uşaqlarının durumuna görə narahatdırlar.

“Xəbər tutan kimi bura gəldim. Məktəbə girərkən ümumi yoxlama var, amma dəmir yoxlayan aparat yoxdur”, – o söyləyib.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Şərhlər
  • Şərif

    əgər bugünkü hadisəni törədən bu yaramaz cəzasız qalacaqsa, deməli gələcəkdə daha şiddətli hadisələrin şahidi olacağıq! Heç bir variantda bu yaramaz 15 yaşlını cəzasız qalmasının tərəfdarı deyiləm

  • Mamed

    Ov tüfəngi yox, şagirdlərin bir çoxu müsahibə avtomat adı çəkir, hətta biri AKM adı çəkdi, iz itirmək lazım deyil

  • Dəniz Baykal

    Ov tüfəngi nə qədər balacadır ki, onu cibdə gətirmək mümkün olub.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar