Hindistanda hava hücumundan müdafiə yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bakupost xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin rəisi Amar Preet məlumat verib.
O bildirib ki, qərb sərhədində qırıcı təyyarə missiyaları davam edir və hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətindədir.
Qeyd edək ki, baş nazir Modi Cammu və Kəşmirin Pahalqam bölgəsində terror aktından sonra Pakistanla gərginliyin davam etdiyi Hindistanda Hərbi Hava Qüvvələrinin Baş Komandanı Sinq ilə görüşüb .
Sinq Modi ilə görüşü zamanı hava hücumundan müdafiə şəbəkəsinin yüksək hazırlıq vəziyyətində saxlandığı barədə məlumat paylaşıb.
Aygün, Bakupost.az