Ru
12:03 / 24 Sentyabr 2024

Hindistanda meymunçiçəyinin yeni variantı aşkarlandı

Hindistanda meymunçiçəyinin yeni variantı aşkarlandı
Eye

Hindistanda meymunçiçəyi virusunun yeni variantı aşkarlanıb.

Bakupost.az xəbər verir ki, yeni variant Hindistanın cənubundakı Kerala əyalətində bu yaxınlarda Dubaydan qayıdan 38 yaşlı kişidə müəyyən edilib.

Xəstə xəstəxanada müalicə olunarkən onun təmasda olduğu şəxslərə nəzarət edildiyi bildirilib.

Səlahiyyətlilər, xəstənin 29 yaxın dostu, ailə üzvlərinin və təyyarədəki 37 sərnişinin də izləndiyini, lakin indiyə qədər heç bir əlamət göstərmədiklərini açıqlayıb.

Hindistan hökuməti bütün ştatları mümkün meymunçiçəyi hallarına qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib. Ölkədə şübhəli halların yoxlanılması üçün 35 laboratoriya ayrılıb.

Qeyd edək ki, monkeypox, ağrılı dəri lezyonlarına səbəb ola bilən yoluxucu bir virusdur. ÜST avqust ayında bu virusu Afrikada ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan edib.

O vaxtdan bəri virusun daha təhlükəli variantı Afrikadan kənar ölkələrə yayılıb. İsveç, Tailand və Pakistan da daxil olmaqla ölkələr meymunçiçəyi xəstəliyinə yoluxma halları barədə məlumat veriblər.

Elnur
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar