Ru
23:23 / 07 Fevral 2026

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!
Eye

Deputat Kamal Cəfərov yazır: “Dövlət qulluğu sistemində elə bir mexanizm yaratmalıyıq ki, ən ucqar kənddə işləyən gənc hiss etsin və bilsin ki, biliyinə, bacarığına və fəaliyyətində göstərdiyi nailiyyətlərə görə mərkəzi aparatda yüksək vəzifəyə təyin oluna bilər”.

Yanaşma yanlışdır, əslində, elə şərait yaradılmalıdır ki, çoxluq regiona getməyə can atsın. Region mərkəzə aparan keçid məntəqəsi yox, yaşamaq, işləmək və qurmaq üçün ən arzu olunan məkan olmalıdır.

Bir gənc mütəxəssis regiona sabah mərkəzə köçmək üçün getməli deyil. O, regiona:

• orada həyat keyfiyyəti yüksək,

• qazancı qənaətbəxş,

• sosial təminatı güclü,

• peşəkar fəaliyyətin yaxşı dəyərləndirildiyi,

• ailəsi üçün şəraitin şəhərdən geri qalmadığı üçün getməlidir.

Belə olduqda həm də daxili miqrasiya inzibati yollarla deyil, təbii seçimlə tənzimlənir.
Dövlət qulluğunda mexanizm də buna uyğun qurulmalıdır. Mərkəzə keçid vəzifə yüksəlişinin yeganə göstəricisi olmamalıdır. Əksinə, regionda qalmaq, orada nəticə göstərmək, icmanı inkişaf etdirmək ən yüksək peşəkarlıq göstəricisi sayılmalıdır.

O zaman rayona gedirəm deyən və gələcəyini orada qurmaq istəyənlər daha çox olacaq, cənab Cəfərov!

Əlövsət Əliyev


Şərhlər
  • B.Kolxozdar

    Bəli, bu gün, müasir sıxlıq aləmi, xüsusən (iş-yaşam ardınca) Abşerona tıxanmış milyonlarla *ortadan yuxarı* yaşlıları rayon mərkəzləri də yox, birbaşa ekoloji üstün-geniş kəndlər cəlb edirlər! Ancaq, neft sərvəti də əhalimizin yetəri varlanması və dövlətimizlə birgə kəndlərdə həyat şəraitini, elə həmin cəzb-edici yaşam səviyyəsinə qaldıraq? Nədən, ucqar tam şağird tutumlu kənd məktəbinin yanında yeni müəllimləri üçün yaşayış yeri-mənzili, geniş məktəb sahəsi olmasın?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar