Azərbaycanlı idmançı Rüstəm Müslümov “KKTC-Kuzey Kıbrıs Türk” medalı ilə təltif olunub.
Bakupost.az xəbər verir ki, Avropa Ultimatiumun təşkilatçılığı ilə Şimali Kipr Respublikasında bir neçə ölkənin qatıldığı yoldaşlıq döyüşləri keçirilib.
Yarışda Türkmənistan, Türkiyə, Rusiya, Ukrayna, İngiltərə, Afrika, Belarusiya, Qazaxıstan və Azərbaycan da yer alıb.
Ölkəmizi və “Dəmir yumruq” döyüş təşkilatını təmsil edən muay-tayçımız R.Müslümov, afrikalı peşəkar boksçu ilə yoldaşlıq döyüşündə öz qüvvəsini yoxlayıb. Matç heç-heçə nəticələnib və idmançımız “KKTC-Kuzey Kıbrıs Türk” medalı ilə təltif olunub.
Qeyd edək ki, R.Müslümov bundan əvvəl Türkiyəni təmsil edərək “Sakaryaspor” adı altında çıxış edib və çempion olub.
O, həm də "Dəmir yumruq" idman klubunda muay-tay məşqçidir.
Aygün
BakuPost
European Ultimatium Organzasion ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????