Ru
17:08 / 10 İyun 2025

İğtişaşlar olacaq, inqilabsa mümkün deyil... - Zərdüşt Əlizadə

İğtişaşlar olacaq, inqilabsa mümkün deyil... -  Zərdüşt Əlizadə
Eye

Kaliforniyada baş verən iğtişaşlar ABŞ-də miqrasiya siyasətinin yenidən gündəmə gəlməsinə səbəb olub. Miqrant axınının qarşısını almaq məqsədilə görülən sərt tədbirlər cəmiyyətdə ciddi narazılıq yaradıb. Demokratların etiraz aksiyaları və Trampın sərt cavabı ölkədə siyasi gərginliyi artırır.

Vəziyyəti Bakupost.az -a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, baş verənlər hakimiyyət davasının nəticəsidir:

"Miqrantlardan ibarət olan millət, yeni miqrantları qəbul etmək istəmir. Özləri gəldilər, hinduları qırdılar, ölkəni tutdular, istismar elədilər, indi isə deyirlər ki, miqrant dalğasına son qoyulsun. Lakin miqrant dalğasının qarşısını almaq mümkün olmayacaq. Çünki insan kütləsi həmişə daha münasib şərait axtarır, ona görə hamı ABŞ-yə axın edəcək.”

Zərdüşt Əlizadənin fikrincə, iğtişaşlar genişlənməyəcək:

“Demokratlar inqilab edəcək gücdə deyil. Yalnız iğtişaşlar yarada bildilər, Tramp da onu yatıracaq. Milli Qvardiyanı cəlb etdi, dəniz piyadalarını gətirdi, beləliklə, Tramp öz mövqeyini qoruyur. Demokratlar yalnız Konqresdə miqrantlarla bağlı qanunu məhdudlaşdıra bilərlər. Əhali də bu məsələdə prezidenti dəstəkləyir. Sahibkarlar isə miqrantların ölkəyə gəlməsində maraqlıdırlar. Çünki ABŞ vətəndaşları ilə müqayisədə miqrantlar ucuz işçi qüvvəsi hesab olunurlar. Əminəm ki, miqrant məsələsində Trampın siyasi xətti qələbə çalacaq”.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar