Ru
20:02 / 21 İyul 2023

Bu qruplar üzrə imtahan nəticələri AÇIQLANDI

Bu qruplar üzrə imtahan nəticələri AÇIQLANDI
Eye

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 34234 abituriyentdən (II qrup üzrə 15611 nəfər, III qrup üzrə 18623 nəfər) 738 nəfəri (II qrup üzrə 424 nəfər, III qrup üzrə 314 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (396.2 bal) Bakı şəhər 270 saylı orta məktəbin məzunu göstərib. II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhər 24 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 394 bal, birinci mərhələsində isə 292.4 bal toplayıb. Beləliklə, II ixtisas qrupu üzrə ən yüksək nəticə 686.4 baldır.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni (390.9 bal) Yardımlı rayon Çayüzü kənd orta məktəbinin məzunu göstərib. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Saatlı rayon Varxankənd orta məktəbinin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 385.4 bal, birinci mərhələsində isə 289.8 bal toplayıb. Beləliklə, III ixtisas qrupu üzrə ən yüksək nəticə 675.2 baldır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar