Ru
08:18 / 23 May 2025

İki kiloluq nadir vəhşi siçovul kameralara düşdü

İki kiloluq nadir vəhşi siçovul kameralara düşdü
Eye

1989-cu ildən elmə məlum olan nəhəng siçovulun Yeni Qvineya dağlarında ilk dəfə fotosu çəkilib.

“Bakupost” xəbər verir ki, Vilhelm dağının yamaclarında sirli nəhəng gəmirici subalp yunlu siçovul (Mallomys istapantap) ilk dəfə lentə alınıb. Bu növ siçan alimlər tərəfindən hələ 1989-cu ildə muzey nümunələrində müəyyən edilib, lakin heç vaxt vəhşi təbiətdə canlı görülməyib.

Subalp siçovulu gəmiricilər arasında ən nəhəngdir. Quyruğu ilə bədən uzunluğu 85 sm-ə, çəkisi isə 2 kq-a çatır. Heyvanın iti kəsici dişləri, qalın xəzi və 8 sm uzunluğa qədər pəncələri var.

Siçovulları vəhşi təbiətdə görmək çətindir, çünki onlar gecə yaşayırlar və gündüzü yuvalarda və ya ağac örtüklərində gizlənərək keçirirlər.

Aygün Musayeva,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar