Ru
12:13 / 09 İyun 2024

İki sərhədçimizi ildırım vuraraq öldürdü - FOTO

2293
Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında bildirilib.

“İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd olunub.

Bakupost.az ildırım vurması nəticəsində vəfat edən mayor və əsgərin fotolarını təqdim edir:


Fotoda: mayor Baxışlı Baxış

Fotoda: əsgər Nağıyev Əli
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər