Ru
12:23 / 05 Noyabr 2022

İlham Əliyevi birmənalı dəstəkləyirik - Əli İnsanov - VİDEO

18242
“Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir. Xalqımızın ümidlərini doğruldur və arzularını gerçəkləşdirir”.

Bakupost.az xəbər verir ki, bu sözləri sabiq səhiyyə naziri Əli İnsanov rəhbəri olduğu Haqq Ədalət Partiyasının İdarə Heyətinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyev uzun illərdir Qarabağ problemi ilə məşğuldur və o bu məsələni bizim hamımızdan yaxşı bilir: “O, hansı dövlətlə, hansı siyasi rəhbərlə necə əlaqə qurur, onu bu problemin həllinə necə cəlb edə bilir, hesab edirəm, düz edir. Mane olmamalıyıq. Bizlər isə bütün iddialarımızdan bir müddət əl çəkərək bu tarixi şansdan yararlanaraq, problemin həllini Azərbaycanın xeyrinə yönəltmək üçün cənab Prezidentə bacardığımız dəstəyi verməliyik.

Müşahidələrim mənə bunu deməyə əsas verir ki, Prezident İlham Əliyev Qarabağ probleminə aidiyyəti yaxud maraqları olan ölkələri və liderləri çox məharətlə bizim bu tarixi problemimizin yaxşı mənada həllinə cəlb edə bilir. Odur ki, Haqq Ədalət Partiyası olaraq, daim dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı dəstəklədiyimizi bəyan edirik”.

Xatırladaq ki, Əli İnsanov səhiyyə naziri olarkən, 2005-ci ilin oktyabrında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunurdu. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla o, 11 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

2019-cu ildə həbsdən çıxan sabiq nazir hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaratmışdı.




Şərhlər
  • B.Qarabağlı

    Haqq-Ədalət dünya vətəndaşları və digər canlı aləmin də arzuladığı sorğudur! Prezidentin öz dövləti və Beynəlxalq vəzifələri az deyil! Hər vətəndaş və siyasi qurumun da öz vəzifələri var. 1987 ci ildən bütün 200 mindən çox azərbaycanlı ailələrinin zorla deportuna, 330 mindən çox Azərbaycanlı ailələrinin DQMV, ətraf rayonlarımızda dini soyqırım terroru cinayətlərinə Haqq-Ədalət partiyanız hansı iddiaları qaldırıb, yayımlayıb? 14.06.1988 tarixin ən vəhşi işğal fərmanlı Ermənistan Baş nazirinin anladıı hiss olunur? Ancaq, DQMVdə azərbaycanlıların soyqırım TERRORbaşı iki il öncə də Konstitusion Azərbaycanı Avropa Xalq partiyası ilə hədələyirdi. Məncə, səbəbi odur ki, biz sıravilər və SİZ-partiya və d. işğalçılar və dünya aləmində idoğma insan hüquqları məhv edilmiş ailələrimizin haqqlarını əks tərəfin cinayətlərinə adekvat kəskinliklə qoymuruq? Hazırki halda respublikaların status-kvosu nəinki, Sülhməramlı kontingentin, eləcə də ermənilərin yuxarı Qarabağı tərk etməsi ilə təhlükəsizliyi də təmin edər! Bunu Haqq Ədalət bütün aparıcı dövlətlərə, siyasi partiyalar və Beynəlxalq qurumlara rəsmən çatdırmalı deyilmi?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər