Ru
15:44 / 30 Oktyabr 2025

İlkin Həsənovun 163,4 ton alması MƏHV EDİLƏCƏK

İlkin Həsənovun 163,4 ton alması MƏHV EDİLƏCƏK
Eye

"Fueqo" MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Bakupost.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.

Məhsul partiyaları Türkiyənin idxal tələblərinə, o cümlədən Azərbaycanda qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.

Şərhlər
  • Eldar Ağayev

    Türkiyədən bizə ancaq təmiz mal gəlir?

  • Kohne

    PULLARINI VERMEYIBLER.....BIŠEREFLERIN.....

  • İlahe

    İnsanları yaşamağa qoymurlar

  • xəyyam

    Sonsuzluq, genetik pozulmalar, hormon pozulması, XƏRÇƏNG yaradan bu maddəni 3-5 həşəratı öldürmək adıyla qidamıza, qanımıza vuranlara lənət olsun.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar