İstanbul bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlunun mühafizə xidmətinin rəhbəri Mustafa Akının evində axtarış aparılıb.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, axtarış zamanı evdən gizli seyf ələ keçirilib.
Məlumata görə, sirlərlə dolu seyf açılmaq üçün İstanbula göndərilib.
Qeyd edək ki, Ə.İmamoğlu da daxil olmaqla İstanbul bələdiyyəsinin 100-ə yaxın əməkdaşı müxtəlif ittihamlarla həbs edilib.