İran ordusunun Baş Qərargahı bəyanat yayaraq, Vaşinqtonun Yaxın Şərqdə səhvə yol verəcəyi təqdirdə Birləşmiş Ştatlara “yeni Vyetnam və ya Əfqanıstan” yaşadacaqlarını bildirib.
Bakupost.az xəbər verir ki, bu müraciəti IRNA agentliyi yayıb.
“ABŞ-ın regiondakı çirkin əməlləri istənilən halda onlar üçün yeni Vyetnam və ya Əfqanıstanla nəticələnəcək”, - deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, mayın 22-də İran İslam Respublikasının Xarici İşlər Naziri Abbas Əraqçi bəyan edib ki, əgər İsrail İranın nüvə obyektlərinə zərbə endirərsə, Tehran ABŞ-ı belə bir hücumun şəriki kimi qiymətləndirəcək və bu hərəkətə görə onları cavab verməyə vadar edəcək.
Nazir əlavə edib ki, İranın nüvə proqramı Beynəlxalq Atom Enerjisi Agentliyinin hərtərəfli nəzarəti altındadır və agentliyin heç bir hesabatında onun dinc xarakterindən kənara çıxdığı göstərilməyib.
Lalə,
BakuPost