Ru
14:24 / 20 İyun 2025

İran Azərbaycanı ittiham edirdi - Zərbə Əfqanıstandan gəldi

İran Azərbaycanı ittiham edirdi - Zərbə Əfqanıstandan gəldi
Eye

"İranın mühafizəkar dairələri illər uzunu İsrailin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə etdiyinə dair təxribatçı açıqlamalar yayırdılar. Məlum olub ki, İsrail kəşfiyyatı İran ərazisinə dronları Əfqanıstan ərazisindən keçirib."

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib:

"O da məlum olub ki, İsrail kəşfiyyatı Əfqanıstan ərazisində əfqanlardan ibarət müxtəlif qruplar formalaşdırıb və məhz onlar dronları İran ərazisinə keçiriblər. Başqa bir xəbər də ondan ibarətdir ki, Taliban rəhbərliyində bəzi şəxslər işin içində olublar. İranda İsrail kəşfiyyatı ilə əlaqəli olduğu üçün həbs edilən əfqanların sayı artıb. İrandakı dairələr Azərbaycanın ünvanına yersiz ittihamlar səsləndirərkən, zərbə Tehranın strateji tərəfdaş adlandırdığı ölkədən gəlib və bu, İran mühafizəkarları üçün gözlənilməz olub.

İran İsraillə müharibənin davam etdiyi şəraitdə Əfqanıstanın və dost adlandırdığı “Taliban”ın ünvanına ittihamlar səsləndirə bilmir. Tehranın başı qarışıqdır. Ancaq İrandakı rejim müharibə nəticəsində hakimiyyətini qoruya bilsə, qonşu Əfqanıstandan aldığı zərbəyə görə “Taliban”dan hesab istəyəcək. Tehranın İran ərazisində illər boyu sığınacaq tapan milyonlarla əfqanın deportasiyasına başlayacağı da istisna deyil."

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar