Ru
11:21 / 19 İyun 2025

“İran bu hücumun hesabını ödəyəcək” - İsraildən reaksiya

“İran bu hücumun hesabını ödəyəcək” -  İsraildən reaksiya
Eye

İsrail ordusu Tehranda strateji və hökumət hədəflərinə zərbələri gücləndirmək niyyətindədir.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz hərbçilərə göstəriş verib.

Bununla yanaşı, ölkənin Baş naziri Benyamin Netanyahu İranın bu gün səhər Beer-Şeva şəhərində xəstəxanaya zərbə endirməsinə münasibət bildirib.

Onun sözlərinə görə, İran bu hücumun hesabını ödəyəcək.

Xatırladaq ki, İsrail Müdafiə ordusu bu səhər İranın ölkə istiqamətində təqribən 20 raket atdığını açıqlayıb. Hücum çərçivəsində paytaxt Təl-Əviv və Beer-Şeva şəhərlərinə zərbə endirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar