Ru
14:08 / 17 Yanvar 2023

İran "Hizbullah"ın 150 döyüşçüsünü Ukraynaya göndərir

2177
İran Liviyadan Ukraynaya 150 "Hizbullah" döyüşçüsü göndərməyi planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə Abu Ali Express öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 2022-ci ilin dekabrında "Hizbullah" döyüşçülərini bu məsələni müzakirə etmək üçün Livanla sərhədə yaxın Dimasdakı zabitlər klubuna toplayıblar.
İranın kamikadze pilotsuz təyyarələri müxtəlif silahlı qruplar, o cümlədən Liviya "Hizbullah"ı tərəfindən istifadə olunur.

Muzdluların Ukraynaya nə vaxt göndəriləcəyi ilə bağlı konkret tarix yoxdur.

Eyni zamanda, İsrailin rusdilli xəbər agentliyi Newsru qeyd edib ki, İranın Ukraynaya niyə təlimatçıları deyil, döyüşçüləri göndərməyi planlaşdırması tam aydın deyil. Yəqin ki, livanlı döyüşçüləri rus qoşunlarına dəstək vermək, həmçinin İranın zərbə PUA-larından istifadədə döyüş təcrübəsi qazanmaq üçün cəbhəyə göndərmək istəyirlər.

Xatırladaq ki, yanvarın 15-də İranın Rusiya Federasiyasından 24 ədəd Su-35 döyüş təyyarəsi, raket və hava hücumundan müdafiə sistemləri alacağı məlum olub.

Zaur,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər