Ru
18:17 / 03 İyun 2025

İran idmançılarının cinsi təcavüz qalmaqalı - Video

İran idmançılarının cinsi təcavüz qalmaqalı - Video
Eye

Mayın 27-dən 31-nə qədər Cənubi Koreyanın Qumi şəhərində yüngül atletika üzrə Asiya çempionatı keçirilib. Çempionatda İran milli komandası da 15 nəfərlik heyətlə iştirak edib və yarışın gedişində iki qızıl, bir gümüş medal qazanaraq yeddinci yeri tutub.

Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, xüsusən 25 yaşlı Reyhanə Mobininin uzunluğa tullanma üzrə qızıl medal qazanması İranda böyük sevinclə qarşılanıb və ölkə prezidenti Məsud Pezeşkiyan bu münasibətlə idmançı xanımı təbrik edib.

"Amma bu sevinc uzun sürməyib və çempionatın son günündə üzə çıxan rüsvayçılıq, populyar "Tabnak" saytının vurğuladığı kimi, qazanılan uğura kölgə salıb. Belə ki, Koreya mətbuatı Milli Polis İdarəsinə istinadla Asiya çempionatında iştirak edən iki İran idmançısı və bir məşqçinin 20 yaşlı koreyalı qadına qarşı cinsi zorakılıq ittihamı ilə həbs edildiyi barədə məlumat yayıb. Bildirildiyinə görə, onlar həmin qadınla barda tanış olublar və səhərə yaxın onu qaldıqları mehmanxanaya apararaq seksual təcavüzə məruz qoyublar.

Qadın fürsət taparaq polisə şikayət edib və İran milli komandasının üzvləri saxlanılıblar. Ardınca Koreya dövlət televiziyası İran idmançılarının bu cinayəti barədə süjet yayıb və xəbər İranda, necə deyərlər, bomba kimi partlayıb. Son iki gündə İran mediasında bu mövzu geniş şəkildə işıqlandırılıb və yuxarıda adı çəkilən "Tabnak" saytının "utancverici" adlandırdığı hadisə böyük rüsvayçılıq və ölkənin abrının itirilməsi kimi qiymətləndirilib", - deyə videomaterialda qeyd olunur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar