Ru
09:42 / 05 İyun 2025

Leyla Qoçəliyeva öldürüldü - Oğlu tutuldu

Leyla Qoçəliyeva öldürüldü -  Oğlu tutuldu
Eye

Naxçıvan Muxtar Respublikası Babək rayonunda qətl törədilib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 4-ü saat 20 radələrində Babək rayon Şəkərabad kəndində baş verib.

Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin anası Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar