Ru
13:30 / 05 İyul 2025

İran İsraildə mühüm hərbi obyektləri vurub - İndi açıqlanır

İran İsraildə mühüm hərbi obyektləri vurub - İndi açıqlanır
Eye

İsrail İranın beş hərbi obyektə, o cümlədən iri aviabazalardan birinə zərbə endirdiyi barədə məlumatı gizlədib.

Bakupost.az xəbər verir ki, bu barədə Daily Telegraph bildirib.

Britaniya nəşri qeyd edeir ki, Oreqon Universitetinin amerikalı tədqiqatçılarının təqdim etdiyi peyk radar məlumatlarına əsasən, 12 günlük müharibə zamanı İran raketləri İsrailin ən azı beş hərbi obyektini vurub. Məlumatlar İsraildə hərbi senzuraya görə məxfiləşdirilib.

Zərbələr ölkənin şimalında, cənubunda və mərkəzində əsas obyektlərə, o cümlədən əsas hava bazası, radio kəşfiyyat mərkəzi və logistik bazaya endirilib. İlkin məlumatlara görə, bu obyektlərə ümumilikdə altı raket atılıb.

İsrail ordusu zərərin miqyası və hava hücumundan müdafiənin effektivliyi barədə şərh verməkdən imtina edərək, yalnız bütün bölmələrin döyüş qabiliyyətini saxladığını bildirib.

Zaur, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar