İran, İsrailin ardıcıl hava hücumlarının dördüncü günündə nüvə silahlarının yayılmasının qarşısını almaq haqqında müqavilədən (NPT) çıxacağı ilə hədələyib.
Bakupost.az "The Guardian"a istinadla xəbər verir ki, bu bəyanat münaqişənin daha geniş miqyaslı müharibəyə çevrilə biləcəyi riskini və Tehranın nüvə silahı hazırlamaq istiqamətində hərəkətə keçdiyini göstərir.
İran parlamenti Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmağa səs verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, İran XİN Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını müzakirə etmək üçün ölkə parlamenti ilə koordinasiya edir: "Biz parlamentlə daimi təmasdayıq. Və təbii ki, ölkə parlamentinin qəbul etdiyi qanunlar mütləq icra olunacaq. İndi bütün müvafiq qanun layihələri parlamentdə müzakirə olunur və Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ölkə parlamenti ilə daim əməkdaşlıq edir".
Eyni zamanda, Baqayi qeyd edib ki, Tehran NPT müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə davam edir və nüvə silahının Yaxın Şərqdə yeri olmadığına inanır.