Ru
23:42 / 24 Sentyabr 2025

İran kəşfiyyatı İsrail ilə bağlı bu məxfi məlumatları əldə etdi

İran kəşfiyyatı İsrail ilə bağlı bu məxfi məlumatları əldə etdi
Eye

İran kəşfiyyatı İsrailin nüvə və hərbi mərkəzləri ilə bağlı məxfi məlumatlar əldə edib.


Bakupost.az "Təsnim"ə istinadla xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri İsmail Xətib deyib.

O bildirib ki, ölkəyə daşınan xəzinədə İsraillə bağlı milyonlarla səhifəlik müxtəlif və dəyərli məlumat var.

"Bu sənədlərdə rejimin əvvəlki və hazırkı silah layihələri, köhnə nüvə silahlarının modernləşdirilməsi və yenidən işlənməsi layihələri, ABŞ və bəzi Avropa ölkələri ilə birgə planlar, o cümlədən inzibati struktur və nüvə silahının hazırlanmasında iştirak etməmiş şəxslər haqqında tam məlumatlar var. Onlar 189 israilli nüvə və hərbi mütəxəssisin adları, şəxsi məlumatları və ünvanları, habelə iyun ayında İsraillə 12 günlük müharibə zamanı “sonradan İran raketləri tərəfindən məhv edilən” gizli ikili təyinatlı obyektlərin koordinatlarını əldə edə biliblər. Bir çox israilli könüllü olaraq ya pul müqabilində, ya da “İsrailin baş naziri Netanyahuya nifrətindən” İran kəşfiyyatı ilə əməkdaşlıq edib",- o əlavə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar