İranın Hələbdəki konsulluğu silahlı qruplaşmaların hücumuna məruz qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai məlumat verib.
Bəqai İranın Hələbdəki konsulluğuna edilən hücumu qətiyyətlə pisləyib:
"İran həm hüquqi, həm də beynəlxalq səviyyədə bu hücuma cavab verəcək".
Qeyd edək ki, "Təhrir əş-Şam" qruplaşması Hələb şəhərini ələ keçirib.