Ru
20:34 / 28 Sentyabr 2024

İran və İraq matəmdə

İran və İraq matəmdə
Eye

İran hökuməti İsrailin hücumu nəticəsində həlak olan Livanın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran hökuməmətinin mətbuat xidməti bildirib.

"İran İslam Respublikası hökuməti sionist rejimin Həsən Nəsrullahın şəhid olması ilə nəticələnən cinayətkar və vəhşi hücumunu pisləyir. Bazar günündən başlayaraq, bütün ölkədə beş günlük ümummilli matəm elan edilib", - hökumətin bəyanatında deyilir.

İraq hökumətinin başçısının mətbuat xidmətinin məlumatına görə, İraqın baş naziri Məhəmməd əl-Sudani də Nəsrullahın xatirəsinə ölkədə üç günlük matəm elan edib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar