Ru
14:47 / 21 İyun 2025

İran XİN: Tehran nüvə probleminin danışıqlarla həllinə hazırdır

İran XİN: Tehran nüvə probleminin danışıqlarla həllinə hazırdır
Eye

İran ölkənin nüvə məsələsini 2015-ci ildə olduğu kimi danışıqlar yolu ilə həll etməyə tam hazırdır.

Bakupost.az “RIA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Onun sözlərinə görə, ABŞ-nin İsrailin İrana hücumunda iştirak etməsi “hamı üçün çox təhlükəli olacaq”.

Bu günlərdə Cenevrədə İran İslam Respublikası Avropanın üç dövləti ilə danışıqlar aparıb. Görüşdə Almaniyanın, Fransanın və Böyük Britaniyanın xarici işlər nazirləri, həmçinin Aİ-nin baş diplomatı Kaya Kallas iştirak ediblər. Görüş zamanı İranın nüvə proqramı üzrə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Kallasın sözlərinə görə, görüşdə təkcə bu məsələ deyil, “daha geniş məsələlər” də müzakirə olunacaq.

İran Prezidenti Məsud Pəzəşkiyan bildirib ki, atəşkəs və İsraildən təcavüzün təkrar olunmayacağına dair zəmanət münaqişənin başa çatması üçün yeganə şərtdir.

Xatırladaq ki, 2015-ci il iyulun 15-də İran, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Çin və Rusiya Tehrana qarşı sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramı ilə bağlı razılığa gəlmişdi. Razılaşmaya əsasən, İran MAQATE müfəttişlərini öz nüvə obyektlərinə buraxmalı, Qərb ölkələri isə İrana qarşı sanksiyaları mərhələli şəkildə aradan qaldırmalı idi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar