İsraillə İran arasında gərginlik fonunda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Luristan vilayətində İsraili dəstəkləməkdə şübhəli bilinən 16 nəfəri saxlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər internetdə panika yaymaqda və İran cəmiyyətində həmrəyliyi sarsıtmaqda ittiham olunurlar.
Nəşr qeyd edir ki, İsrailin məqsədlərinə xidmət edən hər hansı onlayn fəaliyyətin, o cümlədən yalan xəbərlərin və şayiələrin yayılmasının İran hüquq-mühafizə orqanları tərəfindən sərt şəkildə qarşısı alınacaq.
Bundan əvvəl İranın Rabitə Nazirliyi İsrailin mümkün kiberhücumlarının qarşısını almaq məqsədilə ölkədə internetə çıxışa müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu təsdiqləmişdi.
Xatırladaq ki, dünən İranın Məşhəd şəhərində İsrail üçün pilotsuz uçuş aparatı (PUA) hazırlayan 18 mühəndis saxlanılıb.