Ru
18:30 / 08 İyul 2022

İranda Sasanilər dövrünə aid qədim atəşgah tapıldı

İranda Sasanilər dövrünə aid qədim atəşgah tapıldı
Eye

Arxeoloqlar İranın şimalında dünyada ölçüsünə görə üçüncü böyük Zərdüştlik dininə aid qədim atəş məbədi aşkarlayıb.


Bakupost.az xəbər verir ki, Tehran universitetinin arxeoloqları Meyesam Labbafın rəhbərliyi altında Robat Sefid kəndi yaxınlığında qazıntılar aparıb.


Ehtimala görə, məbəd 224-651-ci illərdə Sasanilər dövründə tikilib.

Tapıntılar arasında pəhləvilərin əlyazısı olan məktublar da aşkarlanıb.

224-261-ci illərdə yaxın Şərqdə Sasanilər imperiyası hakimiyyətdə idi.

Məhz onların dövründə İranın rəsmi dini Zərdüştlik idi. Sülalənin qurucusu I Ərdəşir tactaxma mərasimində yeni Zərdüşt çarı titulunu da alıb.


O, Atəşgah məbədinin tikilməsinə göstəriş verib. Bu məbəd ümumdövlət müqəddəs məbədi idi.


Ərdəşir zərdüştlüyü universallaşdıraraq, ona digər mədəni irsləri və digər regionlarda yayılmış bəzi dini inancları da daxil etnmişdi.

O, xüsusilə Günəş tanrısı Mitraya önəm verirdi.


Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar