Ru
12:18 / 30 Yanvar 2023

"İranın nüvə obyektlərinə ağır zərbələr endiriləcək" - Hərbi ekspert

3423
"İran həm regional, həm beynəlxalq miqyasda təhlükəsizliyə böyük təhdidlər yaradır. Rəsmi Tehranın bugünkü fəaliyyəti, o cümlədən Azərbaycan səfirliyinə hücum bu ölkənin terroru dəstəkləyən dövlət olduğunu bir daha açıq şəkildə sübut etdi. İranın qonşuları və ətraf ərazilərə təhdidləri onunİranın cəzalanması ilə nəticələndi".

Bu fikirləri Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev İranın bir sıra şəhərlərində hərbi obyektlərə son hücumları şərh edərkən bildirib.

Onun sözlərinə görə, artıq İranın davranışları bu ölkənin dağılmasını şərtləndirməkdədir:

"Bu süquta, tənəzzülə şəraiti İran hakimiyyətinin özü yaradır. Hesab edirəm ki, bu hücumlar, cəzalandırma tədbirləri prosesin ilkin mərhələsidir. Yəqin ki, yaxın gələcəkdə bu əməliyyatların növbəti fazalarını da müşahidə edəcəyik. Bu əməliyyatlardan sonra İran nəticə etibarilə öz ordusu haqqında nifrət yaratdı. Bu ölkənin nə radiotexniki kəşfiyyat, nə də hava hücumundan müdafiə sistemləri İran səmasının təhlükəsizliyini qorumağa qadir deyil. İranın səmasında mövcud olan boşluqlar yaxın perspektivdə strateji hərbi obyektlərə, o cümlədən, nüvə istehsalı sahəsində tədqiqatlar aparan obyektlərə ciddi zərbələrin endiriləcəyini deməyə əsas verir".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər