Ru
12:36 / 13 İyun 2025

Çin İsrailin İrana hücumundan NARAHATDIR

Çin İsrailin İrana hücumundan  NARAHATDIR
Eye

Çin İsrailin İrana hücumu ilə bağlı ciddi nəticələrin ola biləcəyindən narahatdır.

Bakupost.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan CNN-ə açıqlamasında bildirib.

"Çin İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən müdaxiləyə, eləcə də regionda gərginliyin artmasına və münaqişənin genişlənməsinə səbəb olan hərəkətlərə qarşı çıxır. Regionda gərginliyin bu qədər kəskin şəkildə yenidən artması heç kimin maraqlarına xidmət etmir", – deyə o bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Pekin müvafiq tərəfləri regional sülh və sabitliyin təşviqi və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün daha çox səy göstərməyə çağırır.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar