Ermənistanın İstintaq Komitəsi bu gün “Daşnaksütyun” partiyasının üzvlərinə qarşı keçirilən axtarışlar və saxlanılmalarla bağlı açıqlama verib.
Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, terror aktı hazırlamaq və qanunsuz olaraq odlu silah-sursat saxlamaq işi ilə bağlı 7 nəfər saxlanılıb.
Qurumdan bildirilib ki, saxlanılanlardan biri barəsində “terror aktı hazırlamaq” maddəsi ilə cinayət işi başlanılıb.
Axtarışlar zamanı avtomat silahlar, elektrik detonatoru, ona aid komponentlər, döyüş qumbarası, qumbara alışdırıcısı, barıt, radioəlaqə vasitələri və digər əşyalar aşkar edilib.
Lalə,
BakuPost
Qənimət Qafqazın xüsusilə böyük il varisi əsrlər boyu hər hansı xarici əlaqələri olsa da, Rusiya sədaqətini-birliyini saxlayıb! Kremlin əski SSRİnı buraxması ilə İrəvanı 2017ci ildən cəzb edən *Qərb*, artıq tarixi əsasları ilə Qafqaza Ukrayna kimi gəlməkdədir? Kreml həmişəki kimi tək siyasi-hərbi məramla, *Qərb* texniki-iqtisadi güclə, yeni ÇXR müasir texnoloji-inteqrasiya ilə təmaslara girməkdədirlər.