Ru
19:36 / 22 Fevral 2023

İrəvandan eksklüziv kadrlar - Gizli faktlar aşkara çıxarılacaq - VİDEO

15252
Azərbaycan Televiziyası Qərbi Azərbaycandan yeni görüntülər əldə edib.

Bakupost.az xəbər verir ki, QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, İrəvandakı qədim Azərbaycan məhəlləsi olan Təpəbaşı, qala divarlarının sonuncu qalıqları, Zəngi çayı üzərindəki körpü və digər yerlərdən eksklüziv kadrlar “AzTV Xəbər”də nümayiş olunacaq.

Azərbaycanlıların İrəvandan deportasiya olunmasından sonra ermənilər oradakı Azərbaycan irsinin məqsədli şəkildə silinməsi üçün hər cür yola əl atırlar. Həmin ərazidə tarixi abidələrin, evlərin, ümumiyyətlə, həmin ərazidə azərbaycanlılara məxsus hər bir detalın ermənilər tərəfdən məhv edilməsi “AzTV Xəbər”in axşam buraxılışında eksklüziv olaraq göstəriləcək.
Erməni vandallığının iç üzünü aşkara çıxaracaq kadrları bu gün axşam saat 20:00-da “AzTV Xəbər”in axşam buraxılışında izləyə bilərsiniz.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər