İsrailin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsxak Hersoqun rəsmi təyyarəsi - "Sion qanadı" Təl-Əvivin Ben Qurion hava limanından havaya qalxıb.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verirm ki, İsrailin yüksək səviyyəli rəsmilərinin təyyarəsinin hara getdiyi və göyərtəsində kimlərin olduğu məlum deyil.
Qeyd edək ki, İsrail ordusu gecə saatlarında İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan "Am Kelavi" ("Şir kimi millət") əməliyyatının başladığını elan edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Tehran da daxil olmaqla, bütün ölkə ərazisindəki hədəflərə zərbələr endirib.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsün "İranın nüvə zənginləşdirmə proqramının ürəyinə" zərbə vurduğunu və raket proqramı obyektlərinə hücum etdiyini bildirib.