İsrail İrana qarşı həyata keçirdiyi əməliyyata “Rising Lion” (Qalxan Şir) adını verib.
Bakupost.az "Reuters"ə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu əl yazısı ilə yazdığı bir qeydi Qərb divarına (Ağlama divarı) yerləşdirərkən görüntülənib.
Qeyddə “Xalq şir kimi qalxacaq" ifadəsi yer alıb.
Bu ifadə Tövratın “Saylar” (Book of Numbers) kitabının 23:24 ayəsindən gəlir:
“Budur, xalq böyük şir kimi qalxacaq, cavan şir kimi özünü ucaldacaq; ovunu yeyib, öldürülənlərin qanını içmədən yatmayacaq.”
Bu ayə Bilamın ilk peyğəmbərliyindən bir hissədir. Burada o, İsrailin gücündən və qüdrətindən bəhs edir və onları ovunu yeyənədək sakitləşməyən bir şirə bənzədir.
Aysel,
BakuPost