“İyun stabil aylar sırasında olduğuna görə qeyri-sabit hava şəraiti nisbətən səngiyəcək. Ancaq yenə də gələn ay havanın 10-15 faiz ehtimalla qeyri-sabit keçməsi gözləniləndir”.
Bakupost.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.
“İyunda sel, daşqın hallarının baş verməsi ehtimalı var. Orta statistik rəqəmlərə əsaslanaraq deyə bilərəm ki, sel-daşqın ehtimalı dağlıq və dağətəyi rayonların payına düşür. Müvəqətti yağıntılar intensiv olarsa, çaylarda sululuğun artmasına gətirib çıxaracaq”,- o bildirib.