Ru
09:06 / 16 İyun 2025

İzmirdə dəhşətli yanğın: xəstəxana təxliyə edildi

İzmirdə dəhşətli yanğın: xəstəxana təxliyə edildi
Eye

Türkiyənin İzmir vilayətinin Konak rayonunda polietilen məmulatları istehsal edən zavodda yanğın baş verib.

Bakupost.az xəbər verir ki, hadisə zavodun həyətindəki transformatorda qeydə alınıb.

Qısa müddətdə genişlənən alov əvvəlcə zavodun binasına, daha sonra isə yaxınlıqdakı xəstəxanaya yayılıb. Məlumata görə, əraziyə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Alovun yayıldığı xəstəxanada təxliyə prosesi icra olunub.

Yanğından havaya qalxan qara tüstü şəhərin bir çox yerindən müşahidə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar