Ru
09:45 / 15 Avqust 2024

Jurnalistlər binasının qarşısında ağır qəza, süpürgəçi öldü - FOTO

Jurnalistlər binasının qarşısında ağır qəza, süpürgəçi öldü -  FOTO
Eye

Bu gün sübh vaxtı Bakıda ağır yol qəzası baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Səbail rayonu Salyan şossesində yerləşən Jurnalistlər binasının qarşısında Elçin Hüseynov idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobillə qadını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

İlkin araşdırmadan sonra ölən piyadanın Səbail MKİB-də süpürgəçi işləyən 1974-cü il təvəllüdlü Həqiqət Abbasova olması məlum olub.

Faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar