Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ Prezidenti Donald Trampın ştatın maliyyələşdirilməsində genişmiqyaslı ixtisarlar hazırladığına dair xəbərlər fonunda federal vergiləri ödəməyi dayandırmaqla hədələyib.
Bakupost.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat verib.
"Biz geri aldığımızdan 80 milyard dollar çox vergi ödəyirik. Bəlkə də, bunu dayandırmağın vaxtı çatıb", - deyə demokrat qubernator Rokfeller İnstitutunun son təhlilinə istinadən bildirib.
Qeyd edək ki, Trampın Kaliforniya universitetlərinə federal qrant maliyyəsini tamamilə kəsməyi düşündüyünə dair məlumatı CNN telekanalı yayıb.
Mənbənin yazdığı kimi, ABŞ lideri bundan əvvəl Kaliforniyaya öz siyasətini tətbiq etmək üçün federal maliyyədən təzyiq tədbiri kimi istifadə edib. May ayında Donald Tramp transseksual idmançı qızlar yüngül atletika yarışlarında iştirak etdikləri təqdirdə dövlətin pul axınını kəsməklə hədələyib.