Ru
22:18 / 28 Fevral 2023

Baş prokurordan sabiq məmurların müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına münasibət - VİDEO

Baş prokurordan sabiq məmurların müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına münasibət -  VİDEO
Eye

Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşlarının, o cümlədən MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklarının geri qaytarılması cəmiyyətdə müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev yüksəkvəzifəli şəxslərin müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına münasibət bildirib.

O, bu barədə “Real TV”yə müsahibəsində danışıb.

Kamran Əliyevə ünvanlanan sual zamanı konkret ad çəkilməsə də, Baş prokuror qətiyyətli danışıb. O bildirib ki, bütün bu məsələlər Prokurorluq tərəfindən diqqətlə öyrənilir. Bununla bağlı zəruri tədbirlərin görülməsi, yəni, Prokurorluq tərəfindən protestlərin verilməsi nəzərdən keçirilir.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar