Regionda havalar oktyabr ayının ilk ongünlüyünün sonunda soyuyacaq.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı sinoptik Aleksandr İlyin danışıb.
O qeyd edib ki, oktyabrın ikinci ongünlüyündə isə temperatur düşəcək, gecə saatlarında hava daha sərin olacaq:
“İlk qar isə yalnız 14 oktyabrdan sonra görüləcək”.
Mütəxəssis həmçinin bildirib ki, regionda isti hava hələ bir müddət davam edəcək.