Ru
16:34 / 14 Avqust 2025

“Kapital Bank”ın problemli kreditləri kəskin ARTIB

“Kapital Bank”ın problemli kreditləri kəskin ARTIB
Eye

Bu il iyulun 1-nə “PAŞA Holdinq” MMC-yə məxsus “Kapital Bank” ASC-nin vaxtı keçmiş kreditləri 161,7 milyon manat təşkil edib.

Bakupost.az Yurd.Media-ya istinadla xəbər verir ki, bu barədə bankın açıqladığı rüblük maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 72% çoxdur.

Xatırladaq ki, iyunun sonuna Azərbaycanda 527,4 milyon manat problemli kredit olub ki, bu da 1 il əvvələ nisbətən 16,75% çoxdur. Başqa sözlə, vaxtı keçmiş kreditlərin 30,7%-i “Kapital Bank”ın payına düşüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar