Ru
11:10 / 15 Avqust 2025

Bu ölkədə prezidentin 300 tərəfdarını yandırmaq istədilər VİDEO

Bu ölkədə prezidentin 300 tərəfdarını yandırmaq istədilər VİDEO
Eye

Serbiyanın Novi Sad şəhərində etirazçılar hakim Serb Tərəqqi Partiyasının (STP) ofisini dağıdıblar.

Bakupost.az xəbər verir ki, bu barədə prezident Aleksandar Vuçiç "Informer" telekanalının efirində bildirib.

"Ən böyük ikiüzlülük odur ki, bir telekanal hər şeyin sülh yolu ilə keçdiyini deyir, amma onlar yarım saat STP-nin ofisini darmadağın edirdilər", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, baş verən olayda dörd nəfər saxlanılıb.

Dövlət başçısı əlavə edib ki, aksiya iştirakçıları dağıdılan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir əməkdaşı ağır bədən xəsarətləri alıb.

Vuçiç, həmçinin qeyd edib ki, etirazçılar insanları diri-diri yandırmaq istəyiblər.

"Təsəvvür edin, içəridə olan insanlara nə edərdilər. 300 nəfər diri-diri yandırılardı", - deyə Serbiya lideri bildirib.

Bu arada sosial şəbəkələrdə hadisə yerindən lentə alınan video yayılıb. Görüntülərdə hakim partiyanın ofisi olan binanın qarət edildiyi görünür.

Xatırladaq ki, avqustun 14-nə keçən gecə STP-nin Novi Sad və Belqraddakı ofisləri yaxınlığında etiraz aksiyaları keçirilib. Nümayişçilər ölkədə növbədən kənar seçkinin keçirilməsini tələb ediblər.

Avqustun 14-ü axşam Serbiyanın digər şəhər və kəndlərində etirazçılara rast gəlinib.

Daxili işlər naziri İvitsa Daçiç 14 nəfərin həbs olunduğunu bildirib. İğtişaşlar zamanı beş polis əməkdaşı yaralanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar