Ru
10:36 / 15 Avqust 2025

Naxçıvanda qəza törədən nazirlik işçisi imiş

Naxçıvanda qəza törədən nazirlik işçisi imiş
Eye

Naxçıvada baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərdən biri nazirlik əməkdaşı olub.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Möhlət Zamanov Muxtar Respublikanın Maliyyə Nazirliyinin əməkdaşı imiş.

Hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb. Marqarita pizza

33 yaşlı Möhlət Zamanovun idarə etdiyi "Mercedes" markalı avtomobil "Ford" markalı nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə Qahab kənd sakini, Möhlət Zamanov və 27 yaşlı Naxışnərgiz kənd sakini Mənsur Zamanov hadisə yerində dünyasını dəyişiblər. Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Şöhrət Zamanov isə ağır bədən xəsarətləri ilə Naxçıvan xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar