Kəlbəcərdə ölmüş heyvanların görüntüləri ilə bağlı araşdırma başlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan
Bakupost.az -a verilən məlumata görə, sözügedön görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb:
"İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbədən tələf olması məlum olacaqdır".
Xatırladaq ki, Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü cari ilin fevral ayının 25-də başa çatıb.