Ru
15:43 / 03 İyul 2024

"Keyfiyyətli benzindən istifadə imkanları artır" - Ekspert

1659
“SOCAR-ın yaydığı rəsmi məlumata görə, ölkədə Aİ-95 markalı benzini ucuzlaşacaq. Əslində, bu markalı benzinin qiyməti bir il bundan qabaq aşağı salınmalı idi. Lakin bu, bir qədər gec baş verdi. Hökumət benzinin qiyməti artırılan zaman bunu onunla əsaslandırırdı ki, ölkədə Aİ-95 istehsal edilmir və xaricdən alınır deyə mayasından ucuz satmaq mümkün deyil”.




Bunu iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a Aİ-95 markalı benzinin ucuzlaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Aİ-95 baha olduğundan insanlar məcburən Aİ-92 markalı benzindən istifadə edirdilər:

“Aİ-95 markalı benzinin istifadə olunması avtomobilləri sıradan çıxarmır, həm də ətraf mühit üçün faydalıdır. Bu baxımdan Aİ-95, yəni keyfiyyətli benzin nə qədər ucuz olsa, bir o qədər yaxşıdır. Onun ucuzlaşmasının alınma qiymətləri və xərclərinə uyğunlaşdırılması yaxşıdır. İnsanların daha yüksək keyfiyyətli benzindən istifadə imkanları genişlənir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər