Nigeriyanın Kadun əyalətində yerləşən kilsəyə silahlı hücum edilib.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Nigeriyanın Cənubi Kadun Xalqlar Birliyinin sədri Avemi Maisamari yerli mətbuata açıqlamasında baş verən silahlı hücumun motosikletli şəxslər tərəfindən törədilidiyini, hücum zamanı 45 nəfərin qaçırıldığını, çox sayda insanın isə öldürüldüyünü bildirib.
Silahlı şəxslər tərəfindən qaçırılan şəxslərin bəzilərinin ailələri ilə əlaqə yaratdıqlarını qeyd edən Maisamari, quldurların pul tələb etdiyini deyib.
Qeyd edək ki, Nigeriyada insan qaçırma edamla cəzalandırılır, amma buna baxmayaraq ölkədə insan qaçırma hadisələrinə tez-tez rast gəlinir.
Günel
BakuPost