Bakupost.az-ın “Yaxın Plan” verilişində, aparıcı jurnalist Şəbnəm Turanın təqdimatında müəllimlərin iş qrafiki ilə bağlı yeni təkliflər geniş müzakirə olunub.
Proqramın qonaqları – fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev və təhsil eksperti Elçin Əfəndi – yeni modelin mümkün təsirləri və mövcud çağırışlar barədə fikirlərini bölüşüblər.
Etibar Əliyev infrastruktur və hazırkı texniki imkanların yetərsizliyinə diqqət çəkərək bildirib:
“Yeni sistemin tətbiqi üçün bizim texniki və infrastruktur imkanlarımız məhduddur. Təhsil modelimizi dünyanın TOP 5 lider ölkəsi ilə müqayisə etsək, bunun üçün çox uzun zaman və ciddi düşüncə dəyişikliyi lazımdır.”
Təhsil eksperti Elçin Əfəndi isə kölgə təhsili və müəllimlərin sosial təminatına toxunub:
“Kölgə təhsili sisteminin tamamilə yox olması müəllimlərin həyat şəraitini və təminatını köklü şəkildə dəyişəcək. Bu məsələ yalnız təhsil deyil, ölkənin sosial və iqtisadi reallıqları ilə də bağlıdır”.
Qonaqların ümumi mövqeyinə görə, təklif olunan yeni iş qrafiki modeli yalnız texniki baza ilə deyil, həm də genişmiqyaslı sosial islahatlar və təhsil yanaşmasının dəyişməsi ilə mümkün ola bilər.
Sosial xalq Məsləhətli AzSSR dönəmin fəxr etdiyimiz *pulsuz*, yəni baxça, məktəb uşaqlarının ailə-valideynləri tərəfindən ödənişsiz-birbaşa büdcədən maliyyələşən davranış, təlim-tərbiyə, 11ilə seçimiş bir peşə ilə də Kamal Attestat və peşə dərəcəsi ilə cəmiyyətə hazırlanan yeniyetmələrin yetgin bilgisindən narazı-narahat valideynlər hələ 1963-66cı illərdən fənnlər üzrə tam bilgi üçün uşaqlarına əlavə fənn hazırlığı təşkil edirdilər. Təhsil, bilgi və qabiliyyət hazırlığı, əlbəttə elmi-bilgi mənbəyi saysız kitablarsız, anlayış verən nəzəriyyəçi müəllim və mühazirəçilərdən, təcrübi-hesabi, həyati tətbiqi yönəldici peşə ustalarısız müasir yüksək qabiliyyət zəmanəti vermir? Versə də, hər kəs da mükəmməl və üstün qabiliyyətə çalışır! Belə sevindirici təhsil-qabiliyyət rəqabətinə cəmiyyəti dövləti, ya özəl formasiyalı və hədsiz azsaylı iş yerləri məcbur edir! Dərin-geniş bilgi-qabiliyyət pulsuz, kölgə, ya beynəlxalq da daxil hər hansı üsulla olur-olsun cəmiyyət üçün ilkin-sivil və hamı üçün zəruri siyasi-hüquqi adekvat-ədalət münasibəti-atributudur! Son zamanların ixtisarı elə tam orta təhsilin qəti icbaridən, 9 ilə endirilməsini əcəb görünəcək şərtə bənzədərdim. Dövlət adamları şahmat oynamağı bacarmırsa, vətəndaşlara qadağa edilməlidir!?